Ev DünyaPeskov: “Ermənistan Aİ və Avrasiya İttifaqı arasında seçim etməlidir”

Peskov: “Ermənistan Aİ və Avrasiya İttifaqı arasında seçim etməlidir”

by Baş Redaktor
19 Baxış

Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ilə inteqrasiya istiqamətində eyni vaxtda irəliləməsi məsələsi Moskvanın diqqətindədir.

Army.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı İrəvanın hər iki inteqrasiya platformasında iştirakı ilə bağlı mövqeyini açıqlayıb.

Peskovun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqının inteqrasiya prinsipləri bir-birinə uyğun gəlmədiyindən Ermənistanın bu istiqamətdə seçim etməsi vacibdir.

Kremlin nümayəndəsi bildirib ki, Rusiya Ermənistanın suveren qərarlarına hörmətlə yanaşır. Bununla yanaşı, onun sözlərinə görə, İrəvan hazırda Avrasiya İqtisadi Birliyinin inteqrasiya prosesində iştirak edir və digər inteqrasiya istiqamətlərinə keçid həmin birliyin mövcud meyarları ilə ziddiyyət yarada bilər.

banner

Əlaqəli Yazılar Xüsusi