Türkiyədə ASAL Araşdırma tərəfindən sentyabr ayında keçirilən seçki sorğusunun nəticələri açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
ASAL Araşdırma şirkətinin 2026-cı ilin sentyabr ayında 2 015 nəfərin iştirakı ilə keçirdiyi son seçki sorğusunun nəticələri açıqlanıb. Qərarsız seçicilər səslərə əlavə edildikdən sonra əldə olunan nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AK Parti) 33,8 faizlə birinci, Yeni Partiya isə 23,6 faizlə ikinci sırada qərarlaşıb.