Ev Hərbi Xəbərlərİran Prezidenti: “Danışıqlar masasından ayrılmamışıq”

İran Prezidenti: “Danışıqlar masasından ayrılmamışıq”

by Baş Redaktor
59 Baxış

İran Prezidenti Məsud Pezeşkian Nyu-York səfəri çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə bir araya gəlib.

Army.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran Prezident Administrasiyasının yaydığı məlumata əsasən, görüş zamanı Pezeşkian Tehran ilə Vaşinqton arasında dialoqun davam etdiyini bildirib. Onun sözlərinə görə, İran danışıqlar prosesindən geri çəkilməyib, lakin əvvəlki təcrübələrə görə ABŞ-a qarşı etimad azalıb.

İran lideri ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu qeyd edərək, xarici təzyiqlərin İranın mövqeyinə təsir göstərməsinə imkan verməyəcəklərini vurğulayıb.

banner

Antonio Quterreş isə mövcud mürəkkəb vəziyyət fonunda siyasi və diplomatik yollarla həll istiqamətində səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Əlaqəli Yazılar Xüsusi