Ev Hərbi XəbərlərABŞ-ın Polşadakı hərbi mövcudluğu genişlənə bilər – nazir açıqladı

ABŞ-ın Polşadakı hərbi mövcudluğu genişlənə bilər – nazir açıqladı

by Baş Redaktor
47 Baxış

ABŞ-ın Polşada hərbi qüvvələri üçün daimi baza yaradılması planı Vaşinqtonun milli təhlükəsizlik strategiyasına daxil edilib.

Army.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.

Nazirin sözlərinə görə, o, ABŞ-ın Polşadakı səfiri Tom Rouzdan Pentaqonun milli təhlükəsizlik strategiyasının həyata keçirilməsi ilə bağlı məlumat alıb.

Kosinyak-Kamış bildirib ki, sənəddə yer alan əsas məsələlərdən biri Polşa ərazisində ABŞ hərbçilərinin daimi yerləşdiriləcəyi bazanın yaradılmasıdır.

banner

Nazir həmçinin ABŞ-ın Avropadakı hərbi kontingentinin sayının yenidən nəzərdən keçirilməsi ilə bağlı planların Polşaya təsir etməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun Avropadakı qoşunlarının sayına dair mümkün dəyişikliklər fonunda Polşanın mövcud təhlükəsizlik təminatlarında hər hansı mənfi dəyişiklik gözlənilmir

Əlaqəli Yazılar Xüsusi