Ev DünyaABŞ qoşunları Ərbili tərk etdi – İraqdakı əməliyyat sona çatdı

ABŞ qoşunları Ərbili tərk etdi – İraqdakı əməliyyat sona çatdı

by Baş Redaktor
43 Baxış

ABŞ-ın İraqda İŞİD-ə qarşı həyata keçirdiyi “Inherent Resolve” əməliyyatı başa çatıb.

Army.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, 30 sentyabrda ABŞ hərbçiləri İraqın Ərbil aviabazasını tərk edib. Bununla da ABŞ-ın İraqdakı “Inherent Resolve” missiyası rəsmən yekunlaşıb.

Əməliyyatın qərargahının bundan sonra İordaniyada fəaliyyət göstərəcəyi qeyd olunub. Buradan ABŞ və müttəfiq qüvvələr Suriyada İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

banner

Məlumata görə, Ərbil aviabazasında missiya çərçivəsində 1 500-ə qədər ABŞ və koalisiya hərbçisi xidmət edib.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya 2014-cü ildə İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

Əlaqəli Yazılar Xüsusi