Ev Hərbi XəbərlərDünyanın ən böyük orduları məlum oldu : SİYAHI

Dünyanın ən böyük orduları məlum oldu : SİYAHI

by Baş Redaktor
70 Baxış

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) ölkələri aktiv hərbi qulluqçularının sayına görə sıralayıb.

Army.az xəbər verir ki, reytinq yalnız hazırda aktiv xidmətdə olan hərbi personalın sayını əhatə edir.

Ehtiyatda olan hərbçilər və digər kateqoriyalar hesablamaya daxil edilməyib.

IISS-in məlumatına əsasən, Türkiyə 355 min aktiv hərbi qulluqçu ilə 35 ölkənin yer aldığı siyahıda 13-cü mövqedə qərarlaşıb.

banner

Reytinqə 2 milyon 35 min aktiv hərbçi ilə Çin başçılıq edir. Hindistan 1,5 milyon, ABŞ isə 1 milyon 340 min hərbi qulluqçu ilə növbəti pillələrdə yer alıb.

Aktiv hərbi qulluqçuların sayına görə ilk 15 ölkə belədir:

  1. Çin – 2 milyon 35 min
  2. Hindistan – 1 milyon 500 min
  3. ABŞ – 1 milyon 340 min
  4. Şimali Koreya – 1 milyon 280 min
  5. Rusiya – 1 milyon 260 min
  6. Ukrayna – 677 min
  7. Pakistan – 660 min
  8. İran – 610 min
  9. Cənubi Koreya – 450 min
  10. Vyetnam – 450 min
  11. Misir – 438 min
  12. Braziliya – 374 min
  13. Türkiyə – 355 min
  14. Meksika – 301 min
  15. Səudiyyə Ərəbistanı – 257 min

Əlaqəli Yazılar Xüsusi