Ev Dünyaİsveçrə liderindən gözlənilməz qərar: İstefa verəcək

İsveçrə liderindən gözlənilməz qərar: İstefa verəcək

by Baş Redaktor
46 Baxış

İsveçrə Prezidenti və iqtisadiyyat naziri Gi Parmelen hökumətdə 11 illik fəaliyyətinin ardından ilin sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) məlumat yayıb.

Parmelen keçirdiyi mətbuat konfransında istefa qərarını xüsusilə geosiyasi çətinliklərin artdığı bir dövrdə hökumətin yeni və gənc qüvvələrə ehtiyac duyması ilə əlaqələndirib.

İsveçrə liderinin onurğa sütunu ilə bağlı sağlamlıq problemlərinin olduğu bildirilir. Lakin Parmelen istefa qərarının səhhəti ilə əlaqəli olmadığını vurğulayıb.

banner

O, hökumətdə 11 il çalışdıqdan sonra müəyyən yorğunluq hiss etdiyini bildirib:

“Artıq əvvəlki qədər güclü həvəs yoxdur”.

Əlaqəli Yazılar Xüsusi