Ev Hərbi XəbərlərZelenski: “Rusiya ukraynalıları Kiyevdən çıxmağa məcbur etmək istəyir”

Zelenski: “Rusiya ukraynalıları Kiyevdən çıxmağa məcbur etmək istəyir”

by Baş Redaktor
42 Baxış

Rusiya Ukrayna əhalisini, xüsusilə də Kiyev sakinlərini paytaxtı tərk etməyə məcbur etməyə çalışır.

Army.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “El País” qəzetinə müsahibəsində belə iddia edib.

Zelenskinin sözlərinə görə, Moskvanın bu məqsədi 2022-ci ildə başlayan genişmiqyaslı müharibənin ilk mərhələsində də olub. O bildirib ki, Rusiya əhalinin paytaxtı tərk etməsinə nail olmaqla Kiyevsiz Ukraynanın dövlət kimi mövcudluğunu davam etdirə bilməyəcəyi görüntüsünü yaratmağa çalışıb.

Ukrayna Prezidenti vurğulayıb ki, ölkə yalnız Kiyevdən ibarət deyil və paytaxt hazırda da güclü olaraq qalır.

banner

Zelenski həmçinin Rusiyanın Ukraynaya sutka ərzində yüzlərlə zərbə endirdiyini bildirib. Onun sözlərinə görə, bu taktika Rusiya Prezidenti Vladimir Putinin eskalasiyanı mümkün qədər artırmaq istəyinin bir hissəsidir.

Əlaqəli Yazılar Xüsusi