Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Mütəxəssislərin məlumatına əsasən, zəlzələnin maqnitudası 4,1 olub. Bu göstərici seysmoloqlar tərəfindən hiss olunan təkan kimi qiymətləndirilir və episentrə yaxın ərazilərdə cüzi dağıntılara səbəb ola bilər.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında isə zəlzələnin maqnitudasının 4,4 olduğu bildirilib. Episentr Ust-Barquzin qəsəbəsindən təxminən 30 kilometr cənub-qərbdə, Ulan-Ude şəhərindən isə 180 kilometr şimalda yerləşib.
Yeraltı təkanların mənbəyi 10 kilometr dərinlikdə qeydə alınıb.
