Ev Hərbi XəbərlərBaltikdə gərginlik artır: Estoniya qoşunlarını Rusiya sərhədinə çəkir

Baltikdə gərginlik artır: Estoniya qoşunlarını Rusiya sərhədinə çəkir

by Baş Redaktor
148 Baxış

Estoniya elit hərbi bölmələrini Rusiya sərhədinə daha yaxın ərazilərə yerləşdirməyə başlayıb.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, ölkənin əsas hərbi bazalarından birinin yerləşdiyi Tapa şəhərindən elit bölmələr şərq istiqamətində yeni mövqelərə köçürülür.

Məlumata əsasən, Estoniyanın 1-ci briqadasının komandirinə tabe olan bölmə Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə dislokasiya ediləcək. Hazırda burada hərbçilərin yerləşdirilməsi üçün genişmiqyaslı yeni infrastrukturun inşası aparılır.

banner

Nəşrin məlumatına görə, sərhədə yaxın Narva şəhərində də təxminən 1000 hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulan hərbi baza yaradılacaq.

Əlaqəli Yazılar Xüsusi