Polşada ölkənin mümkün hərbi təhdidlərə hazırlığının gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanır.
Army.az xəbər verir ki, bu barədə “Merkur.de” məlumat yayıb.
Bildirilib ki, təşəbbüsün əsas məqsədi Polşanın müdafiə imkanlarını artırmaq, eləcə də silahlı qüvvələrlə daxili təhlükəsizlik strukturları arasında koordinasiyanı gücləndirməkdir.
Polşa mediasının yazdığına görə, Varşava uzunmüddətli perspektivdə ordunun sayını da əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Plana əsasən, 2039-cu ilədək peşəkar hərbçilərin sayının 300 minə çatdırılması nəzərdə tutulur.
NATO-nun baş katibi Mark Rütte daha əvvəl alyansın Rusiyanın mümkün addımlarına qarşı müxtəlif cavab variantlarına malik olduğunu bildirib. Bununla belə, o, həmin planların detalları barədə açıqlama verməyib.
