Ev Texnologiyaİrəvan və Dehli arasında hərbi əməkdaşlıq: “Pinaka” raketləri Ermənistanda istehsal oluna bilər

İrəvan və Dehli arasında hərbi əməkdaşlıq: “Pinaka” raketləri Ermənistanda istehsal oluna bilər

by Baş Redaktor
100 Baxış

Ermənistan və Hindistan arasında “Pinaka Mk-II” reaktiv yaylım atəş sistemləri üçün nəzərdə tutulan raketlərin Ermənistanda istehsalı və yığılmasının mümkünlüyü müzakirə olunur.

Army.az xəbər verir ki, bu barədə Hindistanın “Indian Defence Research Wing” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər istehsalın lokallaşdırılması imkanlarını nəzərdən keçirirlər. Mümkün əməkdaşlığın mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Bu prosesə ilkin mərhələdə raketlərin yığılması, daha sonra ayrı-ayrı komponentlərin Ermənistanda istehsalı və sınaqların keçirilməsi daxil ola bilər.

Nəşr qeyd edir ki, belə bir razılaşmanın əldə olunması Hindistana “Pinaka” layihəsi üzrə istehsal və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı verə bilər.

banner

Bu halda Hindistanın əməkdaşlığı yalnız hazır silah sistemlərinin ixracı ilə məhdudlaşmayacaq, “Pinaka” istehsal ekosisteminin başqa ölkədə də inkişaf etdirilməsi mümkün olacaq.

Əlaqəli Yazılar Xüsusi