Ev DünyaRubio: “Türkiyə ilə Yunanıstan arasında müharibə ağlasığmazdır”

Rubio: “Türkiyə ilə Yunanıstan arasında müharibə ağlasığmazdır”

by Baş Redaktor
38 Baxış

ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqlarının hərbi qarşıdurmaya çevrilməsini istisna edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rubio Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib ki, Ankara və Afina NATO üzrə müttəfiq olduqları üçün iki ölkə arasında müharibənin baş verməsi ağlasığmazdır:

“Belə bir şeyin baş verməsi ağlasığmazdır. Onlar həm müttəfiq, həm də NATO tərəfdaşıdır. Buna görə də belə bir vəziyyət yarana bilməz. Bu, heç kimin – nə Türkiyənin, nə Yunanıstanın, nə də ABŞ-nin maraqlarına uyğundur”.

banner

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Türkiyə ilə Yunanıstan arasında müharibəyə heç vaxt yol verməyəcək və belə bir ssenarinin reallaşacağına inanmır:

“Bu barədə heç düşünməyə belə ehtiyac yoxdur. Bu, sadəcə ağlasığmazdır və bizim heç vaxt yol verməyəcəyimiz bir şeydir”.

Əlaqəli Yazılar Xüsusi