Ev DünyaTramp: “Onunla döyüşmək istəmirəm”

Tramp: “Onunla döyüşmək istəmirəm”

by Baş Redaktor
173 Baxış

ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakuz şəhərində keçirilən mitinqdə məşhur boksçu Mayk Taysonu səhnəyə dəvət edib. Tramp çıxışı zamanı zarafatla Taysonun qarşısına rinqdə çıxmaq istəməyəcəyi yeganə şəxs olduğunu söyləyib.

Army.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Keçmiş dünya çempionunun boks karyerası ərzində rəqibləri üzərində qazandığı üstünlüyə toxunan Tramp onunla döyüşmək niyyətində olmadığını vurğulayıb.

“Mən onunla döyüşmək istəmirəm”, – deyə ABŞ Prezidenti bildirib.

banner

Tramp Taysonu təhlükəli rəqib kimi xarakterizə edib. O, həmçinin boksçunun hazırkı görünüşünü müsbət qiymətləndirərək Taysonu 30 il əvvəlki dövrü ilə müqayisədə indi daha yaxşı formada gördüyünü qeyd edib.

Əlaqəli Yazılar Xüsusi