Ev Hərbi XəbərlərAlmaniyada hərbi xidmət qaydaları dəyişir – Qadınları nə gözləyir?

Almaniyada hərbi xidmət qaydaları dəyişir – Qadınları nə gözləyir?

by Baş Redaktor
41 Baxış

Almaniyada ordunun şəxsi heyətinin artırılması istiqamətində atılan addımlar qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı müzakirələri də aktuallaşdırıb. Ölkədə müdafiə sisteminin yenilənməsi çərçivəsində bu məsələyə diqqət artır.

Army.az xəbər verir ki, “Sky News” Almaniyada hərbi hazırlıq keçən gənc qadınlar haqqında videoreportaj hazırlayıb.

Süjetdə qadınların iştirak etdiyi hazırlıq düşərgəsindən görüntülər yer alıb, həmçinin onların orduda xidmət etmək və yeni qaydalar barədə fikirləri öyrənilib.

Almaniyada tətbiq edilən yeni sistemə görə, 18 yaşına çatan gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir. Kişilər bu sorğunu mütləq cavablandırmalıdırlar, qadınlar üçün isə iştirak könüllü xarakter daşıyır.

banner

Bununla belə, qadınların məcburi hərbi xidmətə cəlb edilməsi barədə hələlik rəsmi qərar yoxdur. İlk mərhələdə orduda xidmət etmək istəyənlərin sayının artırılması nəzərdə tutulur. Əgər könüllülər ordunun ehtiyaclarını qarşılamaq üçün kifayət etməsə, məcburi xidmətin tətbiqi məsələsi parlamentin müzakirəsinə çıxarıla bilər.

Əlaqəli Yazılar Xüsusi