Ev Hərbi XəbərlərMacarıstan Ukraynaya hərbi yardım göstərməyəcək

Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək

by Baş Redaktor
67 Baxış

Macarıstan hökuməti Ukraynaya hərbi dəstək göstərmək və silahların ölkə ərazisi vasitəsilə daşınmasına şərait yaratmaq niyyətində deyil.

Army.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsi zamanı danışıb. Onun açıqlaması Macarıstanın “Index” nəşrində dərc olunub.

Baş nazir bildirib ki, Budapeşt Ukraynaya silah göndərilməsini dəstəkləmir. Eyni zamanda, digər dövlətlər tərəfindən Ukraynaya çatdırılması nəzərdə tutulan silahların Macarıstan ərazisindən keçirilməsinə də icazə verilməyəcək.

Müsahibə zamanı Madyar Ukraynanın Zakarpatye bölgəsində yaşayan macar icmasının hüquqlarına da toxunub. O, həmin əhalinin hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayaraq, problemin həlli istiqamətində tərəflər arasında artıq razılığın əldə edildiyini qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi