Ukraynalı danışıqçılar ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə yaxın günlərdə görüşərək yeni danışıqlar raundu keçirməyi təklif ediblər.
Army.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna nümayəndələri Uitkoff və Kuşneri danışıqlar aparmaq üçün Brüsselə və ya başqa bir şəhərə gəlməyə dəvət edirlər.
Qeyd edək ki, oktyabrın 15-16-da Brüsseldə Avropa Şurasının iclası keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenskinin də tədbirdə iştirakı gözlənilir.
