Ev DünyaPaşinyan açıqladı: Türkiyə COP17-də nazir səviyyəsində təmsil olunacaq

Paşinyan açıqladı: Türkiyə COP17-də nazir səviyyəsində təmsil olunacaq

by Baş Redaktor
152 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına üzv ölkələrin 17-ci Konfransında (COP17) Türkiyənin nazir səviyyəsində təmsil olunacağını bildirib. Onun sözlərinə görə, Azərbaycanın tədbirdə iştirakına dair hələlik təsdiqlənmiş məlumat yoxdur.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir qeyd edib ki, maliyyə vəsaitlərinin xərcləndiyi istənilən sahədə korrupsiya riskləri yarana bilər. Onun sözlərinə görə, hökumətin əsas vəzifəsi bu riskləri idarə etmək, müvafiq nəzarət mexanizmlərini tətbiq etmək və şəffaf prosedurları təmin etməkdir. Paşinyan əlavə edib ki, COP17-nin təşkili ilə bağlı qərarlar qəbul edilərkən mümkün risklər nəzərə alınıb və BMT qaydalarına uyğun prosedurlar hazırlanıb.

Hökumət başçısı tədbirin Ermənistanda keçirilməsinin nə dərəcədə məqsədəuyğun olması məsələsinə də toxunub. O, COP17-ni ölkənin inkişafı baxımından əhəmiyyətli fürsət kimi qiymətləndirib.

banner

Əlaqəli Yazılar Xüsusi