Ukraynanın enerji infrastrukturu son dövrün ən genişmiqyaslı hücumlarından birinə məruz qalıb.
Zelenskinin bildirdiyinə əsasən, ölkənin müxtəlif ərazilərində yerləşən 15-dən artıq strateji əhəmiyyətli enerji obyekti hücumların hədəfi olub.
Ukrayna lideri qeyd edib ki, vəziyyət xüsusilə Lutsk, Rivne, Jitomir, Vinnitsa, Şepetovka və Slavuta şəhərlərində daha ağırdır. Onun sözlərinə görə, Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərdəki enerji infrastrukturu da zərbələrə məruz qalıb.
