Ev DünyaKreml: Putin, Tramp və Si Cinpin arasında görüş üçün konkret təklif yoxdur

Kreml: Putin, Tramp və Si Cinpin arasında görüş üçün konkret təklif yoxdur

by Baş Redaktor
84 Baxış

Kreml Rusiya, ABŞ və Çin liderlərinin APEC sammiti çərçivəsində üçtərəfli görüş keçirməsi ilə bağlı konkret təklifin olmadığını açıqlayıb.

Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bildirib ki, Çində belə bir görüşün təşkili ilə bağlı müzakirələr aparılmayıb. Onun sözlərinə görə, mümkün sammitin gündəliyi barədə də hər hansı əsaslı müzakirə olmayıb.

Xatırladaq ki, daha əvvəl noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın bir araya gələ biləcəyi barədə məlumatlar yayılmışdı.

banner

Əlaqəli Yazılar Xüsusi