ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın NATO-ya qoşulması ideyasına qarşı olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, Vens Vaşinqtonla Kiyev arasında rəsmi müttəfiqlik münasibətlərinin mövcud olmadığını vurğulayıb.
Vitse-prezidentin sözlərinə görə, Ukrayna NATO-nun üzvü deyil və onun fikrincə, ölkənin alyansa daxil olması məqsədəuyğun deyil. Bununla belə, Vens Ukrayna xalqı haqqında müsbət fikirlər səsləndirərək iki ölkənin müəyyən məsələlərdə əməkdaşlığı davam etdirəcəyini, digər mövzularda isə fikir ayrılıqlarının qalacağını bildirib.
Vens çıxışında Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və dizel yanacağı infrastrukturu ilə əlaqəli obyektlərə hücumlarını da tənqid edib. O, Kiyevin bu cür zərbələri dayandırmalı olduğunu söyləyib.
ABŞ rəsmisinin iddiasına görə, həmin hücumlar enerji daşıyıcılarının qiymətlərinə təsir göstərərək amerikalı istehlakçılar üçün yanacaq xərclərinin artmasına səbəb olur.
