43
Səudiyyə Ərəbistanının Ər-Riyad və Mədinə şəhərləri istiqamətində göndərilən pilotsuz uçuş aparatları (PUA) məhv edilib.
Army.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.
Açıqlamada dronların hansı obyektləri hədəf aldığı və hücumun mümkün nəticələri barədə məlumat verilməyib. PUA-ların husilər tərəfindən buraxıldığı bildirilir.