Ev Dünyaİordaniyada kilsə yaxınlığında hücum: ölənlərin sayı 8-ə çatıb

İordaniyada kilsə yaxınlığında hücum: ölənlərin sayı 8-ə çatıb

by Baş Redaktor
35 Baxış

İordaniyanın Əl-Kərək əyalətində kilsə yaxınlığında keçirilən dəfn mərasimi zamanı baş verən silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib. Hadisə zamanı daha 27 nəfər xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə “Al Mamlaka” telekanalı məlumat yayıb.

Məlumata əsasən, yaralılardan ikisinin vəziyyəti kritik olaraq qalır. Onlar reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulublar. Daha 6 nəfər isə orta və yüngül xəsarətlərlə xəstəxanaların cərrahiyyə şöbələrində müalicə olunur.

Hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində ölkənin xüsusi xidmət orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

banner

Əlaqəli Yazılar Xüsusi