Ev Hərbi XəbərlərNetanyahu yeni zərbələr istəyir, Trampın qərarı gözlənilir — CNN

Netanyahu yeni zərbələr istəyir, Trampın qərarı gözlənilir — CNN

by Baş Redaktor
18 Baxış

İsrailin İrana qarşı yeni hərbi zərbələri ölkənin hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının azalması səbəbindən təxirə saldığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, müharibə zamanı müdafiə məqsədilə istifadə olunan sursat ehtiyatlarının tükənməsi İsrailin yeni əməliyyatlarla bağlı planlarına təsir göstərib.

Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı yeni zərbələrin endirilməsində israrlıdır. Lakin ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresinə aralıq seçkilər keçirilənədək bu əməliyyatlara razılıq vermədiyi iddia olunur.

banner

Planlarla tanış olan mənbələrdən biri CNN-ə bildirib ki, yeni zərbələr üçün hazırlıqlar tamamlanıb və qərar gözlənilir:

“Planlar hazırdır və Trampın təsdiqini gözləyir. Bu, aralıq seçkilərdən sonra baş verə bilər”.

Əlaqəli Yazılar Xüsusi