37
Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Yaşar Qasımov Azərbaycanın müvafiq qurumlarına təhvil verilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun açıqlamasına görə, Yaşar Əli oğlu Qasımov Tavuş istiqamətində dövlət sərhədini keçib. O, oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.
Hadisənin digər təfərrüatları barədə məlumat açıqlanmayıb.
