İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin Baş naziri Benyamin Netanyahunun təhdidlərinə münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Bəqayi bəyan edib ki, bu cür təhdidlər güc nümayişi deyil, əksinə, çarəsizliyin ifadəsidir.
“Bu nəticəsiz təhdidlər güc əlaməti deyil, çarəsizliyi əks etdirir”, – deyə İran XİN-in sözçüsü vurğulayıb.
O əlavə edib ki, bu cür açıqlamalar təhdid edən şəxslərin həm regionda, həm də İran ictimaiyyəti qarşısında nüfuzuna xələl gətirir.
