Ev Hərbi XəbərlərSəudiyyə Ərəbistanı Yəməndə bir neçə bölgəyə hava zərbələri endirib

Səudiyyə Ərəbistanı Yəməndə bir neçə bölgəyə hava zərbələri endirib

by Baş Redaktor
38 Baxış

Səudiyyə Ərəbistanının Yəmənin bir neçə bölgəsində yerləşən hədəflərə hava hücumları həyata keçirdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə husilərə yaxınlığı ilə tanınan “Əl-Məsirə” telekanalı xəbər yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, aviazərbələr Mərib vilayətinin Məhliyə, Taiz vilayətinin Hayfan, eləcə də Əl-Cəvf vilayətinin Husveyn bölgələrinə endirilib.

Bundan başqa, yerli “Crater Sky” nəşri də Hayfan ərazisində husilərə məxsus mövqelərin hava hücumuna məruz qaldığını təsdiqləyən məlumat yayıb.

banner

Əlaqəli Yazılar Xüsusi