Kreml Moskvanın Ukraynaya qarşı davam etdirdiyi hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskovun fikrincə, hərbi əməliyyatlara fasilə verilməsi Kiyevə hərbi potensialını bərpa etmək və yenidən güclənmək üçün vaxt qazandıra bilər.
Kreml nümayəndəsi həmçinin bildirib ki, Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinə hazırlıq Moskvanın atəşkəsə razılıq verməsi kimi qiymətləndirilməməlidir.
“Danışıqlara hazırlıq hərbi əməliyyatların məhdudlaşdırılması ilə bağlı hər hansı öhdəliyin götürülməsini nəzərdə tutmur. Biz dəfələrlə bildirmişik ki, ukraynalılara möhlət verəcək atəşkəsin əleyhinəyik”, – deyə Peskov vurğulayıb.
