Ev DünyaƏraqçidən sərt mesaj: İranı hədəf alanlara ağır cavab veriləcək

Əraqçidən sərt mesaj: İranı hədəf alanlara ağır cavab veriləcək

by Baş Redaktor
21 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin Avropa İttifaqının müharibə nəticəsində 100 milyard avro iqtisadi itki ilə üzləşə biləcəyi və Tehranla danışıqların vacibliyi barədə fikirlərinə münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Əraqçi açıqlamasında İranı hədəf alan tərəflərin ağır cavabla üzləşəcəyini iddia edib. O, mümkün hərbi qarşılığın iqtisadi itkilərlə müqayisə olunmayacaq dərəcədə ciddi olacağını vurğulayıb:

“100 milyard avro İran silahlı qüvvələrinin xalqımıza zərər verməyə cəsarət edənlərə endirəcəyi dağıdıcı və sarsıdıcı zərbə ilə müqayisədə heç nədir. Artıq əvvəlki qırmızı xətlər keçmişdə qalıb”.

banner

Əlaqəli Yazılar Xüsusi