Ev Hərbi XəbərlərABŞ müttəfiqlərini İrana qarşı yeni hücuma hazırlayır – Bu tarixdə

ABŞ müttəfiqlərini İrana qarşı yeni hücuma hazırlayır – Bu tarixdə

by Baş Redaktor
22 Baxış

Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərindən İranla bağlı mümkün yeni hərbi eskalasiyaya hazırlıqlı olmaları istənilib.

Army.az xəbər verir ki, bu barədə MS NOW telekanalı üç ərəb ölkəsindən olan yüksək vəzifəli şəxslərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ-nin İrana qarşı növbəti hücum əməliyyatına noyabrın 4-də, ölkədə keçiriləcək aralıq seçkilərin ertəsi günü start verə biləcəyi ehtimal olunur.

Danışıqlardan xəbərdar olan rəsmilər mümkün zərbələrin uzunmüddətli deyil, qısa zaman ərzində həyata keçiriləcək intensiv hərbi əməliyyat xarakteri daşıya biləcəyini bildiriblər.

banner

Eyni zamanda, Körfəz ölkələri Tehranın cavab tədbirləri görərək regiondakı hədəflərə zərbələr endirə biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən ərəb dövlətlərinin Vaşinqtonu vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırdığı qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi