Ev DünyaZelenski Türkiyəyə səfər edib: Ərdoğanla mühüm danışıqlar gözlənilir

Zelenski Türkiyəyə səfər edib: Ərdoğanla mühüm danışıqlar gözlənilir

by Baş Redaktor
34 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gedib.

Army.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Zelenskinin sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra mühüm məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır. Görüş zamanı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi, iki ölkə arasında əməkdaşlığın inkişafı və diplomatik proseslə bağlı perspektivlərin nəzərdən keçirilməsi gözlənilir.

Ukrayna lideri Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələlərin də gündəmdə olacağını bildirib. Səfər proqramına Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı Varfolomey ilə görüş də daxildir.

banner

“Komandamızla birlikdə İstanbula gəldik. Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. İnsanlarımızın müdafiəsinin gücləndirilməsi, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın möhkəmləndirilməsi və real diplomatik perspektivlərin yaradılması istiqamətində çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı da mühüm məsələlər var. Həmçinin Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı Varfolomey ilə görüşümüz nəzərdə tutulub”, – deyə Zelenski qeyd edib.

Əlaqəli Yazılar Xüsusi