Ev Hərbi Xəbərlərİran ətrafında gərginlik artır: Trampa hücum variantları təqdim olundu

İran ətrafında gərginlik artır: Trampa hücum variantları təqdim olundu

by Baş Redaktor
19 Baxış

İsrail mediası ölkənin İranla hərbi qarşıdurmanın yenidən başlaması ehtimalına qarşı hazırlıqlarını başa çatdırdığını yazır. Bu, Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

Army.az xəbər verir ki, “Yedioth Ahronoth” nəşri bu barədə məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri onlarla qırıcı və yanacaqdoldurma təyyarəsinin iştirak etdiyi təlimlər keçirib. Təlimlər zamanı İrana mümkün hava hücumunun marşrutları sınaqdan keçirilib.

Bundan başqa, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İrana qarşı zərbələrin bərpası ilə bağlı hərbi variantları Donald Trampa təqdim edib. Lakin hələlik yekun qərar verilməyib.

banner

Əlaqəli Yazılar Xüsusi