Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa, gərginliyi artıran addımlardan çəkinməyə çağırıb.
Army.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, Ərdoğan bu fikirləri İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Türkiyə lideri bildirib ki, hücumların kim tərəfindən və hansı bəhanə ilə həyata keçirilməsindən asılı olmayaraq, belə hallara dözmək olmaz. O, bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb.
Ərdoğanın sözlərinə görə, Ankara Rusiya və Ukraynaya Qara dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər göndərib. Lakin tərəflərdən heç biri indiyədək konkret addım atmayıb.
Zelenski isə oktyabrın 31-də Ərdoğanla Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.
