Ev Hərbi XəbərlərTrampdan İrana xəbərdarlıq: Razılıq olmasa, sərt addımlar atıla bilər

Trampdan İrana xəbərdarlıq: Razılıq olmasa, sərt addımlar atıla bilər

by Baş Redaktor
25 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda razılıq əldə edilməyəcəyi halda Tehrana qarşı daha sərt tədbirlərin görülə biləcəyini istisna etməyib.

Army.az xəbər verir ki, bu barədə Tramp Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları ilə görüşü zamanı çıxış edərkən danışıb.

Amerika liderinin sözlərinə görə, İran məsələsinin hələ də həllini tapmamasının əsas səbəbi mümkün qədər çox insanın həyatını qorumaq istəyidir. O, diplomatik həllə üstünlük verdiyini vurğulasa da, müəyyən mərhələdə İrana qarşı ciddi addımların atılmasının qaçılmaz ola biləcəyini bildirib.

Tramp qeyd edib ki, insan itkilərinin qarşısını almağa çalışır, lakin vəziyyətin gedişindən asılı olaraq Tehrana ağır zərbə endirilməsi gündəmə gələ bilər.

banner

Əlaqəli Yazılar Xüsusi