Ev DünyaErmənistan yeni Konstitusiyanın dərc ediləcəyi vaxtı açıqladı

Ermənistan yeni Konstitusiyanın dərc ediləcəyi vaxtı açıqladı

by Baş Redaktor
20 Baxış

Ermənistanda yeni Konstitusiya layihəsinin noyabr ayında dərc edilməsi planlaşdırılır. Layihənin hazırlanması prosesində Konstitusiya İslahatları Şurasının da iştirakı nəzərdə tutulur.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan məlumat verib.

Nazirin sözlərinə görə, indiyədək Ədliyyə Nazirliyində hazırlanmış bütün mətnlər Konstitusiya İslahatları Şurasının üzvləri ilə müzakirə edilib. Sənədə daxil edilməsi nəzərdə tutulan bir sıra müddəaların müəyyənləşdirilməsi ilə bağlı qərarlar da məhz həmin şuranın müzakirələri əsasında qəbul olunub.

Qalyan bildirib ki, hazırda şura ilə birgə işi davam etdirmək barədə razılıq əldə olunub. O, tərəflərin son görüşünün də yaxın vaxtlarda keçirildiyini diqqətə çatdırıb.

banner

Nazir qeyd edib ki, müzakirələr zamanı layihənin mətninə görə məsuliyyətin hansı qurumun üzərinə düşəcəyi məsələsi də gündəmə gəlib. Onun qənaətinə görə, şura üzvləri sənədin hazırlanmasına görə kollektiv məsuliyyəti öz üzərlərinə götürməyə hazır deyillər.

Əlaqəli Yazılar Xüsusi