Ev DünyaPeskov: Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması məqsədəuyğun olardı

Peskov: Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması məqsədəuyğun olardı

by Baş Redaktor
23 Baxış

Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması məntiqli və məqsədəuyğun addım ola bilər.

Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva hələlik təşkilata üzvlüklə bağlı rəsmi dəvət almayıb. Bununla belə, məsələnin Qazaxıstanla aparılacaq təmaslar zamanı müzakirəyə çıxarılması mümkündür.

Peskov Rusiyada türk mənşəli xalqların tarixən yaşadığı bir sıra regionların mövcudluğuna da diqqət çəkib.

banner

Kremlin nümayəndəsi vurğulayıb ki, söhbət Rusiyanın ayrı-ayrı regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatın fəaliyyətinə qoşulmasından gedə bilər.

Qeyd edək ki, Peskovun açıqlaması Rusiyanın TDT-yə qoşulmaq niyyətinin rəsmən təsdiqləndiyi anlamına gəlmir. Hazırda Moskva bu istiqamətdə rəsmi dəvət almayıb.

Əlaqəli Yazılar Xüsusi