Ev Hərbi XəbərlərRusiya ABŞ və İsrailin İrana yeni hücum ehtimalından narahatdır

Rusiya ABŞ və İsrailin İrana yeni hücum ehtimalından narahatdır

by Baş Redaktor
37 Baxış

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı növbəti hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva regionda gərginliyin azaldılması və vəziyyətin normallaşdırılması üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu arada İsrailin N12 telekanalı Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalının getdikcə yüksəldiyini iddia edib.

banner

Telekanalın İsrailin milli təhlükəsizlik sahəsində çalışan rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə və ya həftələrdə Tehranı gözləməyin nəticə verməyəcəyi qənaətinə gələ bilər.

Mənbənin iddiasına əsasən, Tramp yeni təqvim ili başlamazdan və ABŞ Konqresinin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl İrana qarşı addım atmaq qərarına gələ bilər.

Əlaqəli Yazılar Xüsusi