Ev Hərbi XəbərlərVaşinqtondan sərt mesaj: “Silahlar Yaxın Şərq üçündür”

Vaşinqtondan sərt mesaj: “Silahlar Yaxın Şərq üçündür”

by Baş Redaktor
26 Baxış

ABŞ rəsmiləri bəzi Avropa tərəfdaşlarına bildiriblər ki, İranla davam edən müharibə səbəbindən əvvəllər sifariş edilmiş silah tədarüklərinin bir hissəsi gecikə bilər.

Army.az xəbər verir ki, bu barədə “Defense nyus” məlumat yayıb.

“Bu gecikmələr Baltik regionu və Skandinaviya da daxil olmaqla bir sıra Avropa ölkələrinə təsir edəcək. Sözügedən silahların bir qismi Avropa ölkələri tərəfindən Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində alınsa da, hələ təhvil verilməyib. ABŞ rəsmiləri son günlərdə ikitərəfli mesajlarla Avropa tərəfinə çatdırıblar ki, bu tədarüklər gecikəcək.

Bu gecikmələr fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə başlayan və İrana qarşı aparılan müharibənin ABŞ-ın bəzi kritik silah və sursat ehtiyatlarını nə dərəcədə azaltdığını göstərir. Avropa rəsmiləri isə bildirirlər ki, bu vəziyyət onları çətin duruma salır.

banner

FMS proqramına əsasən, xarici ölkələr ABŞ istehsalı silahları Vaşinqtonun razılığı və logistik dəstəyi ilə satın alır. Prezident Donald Tramp dövründə ABŞ Avropadakı NATO müttəfiqlərini daha çox Amerika istehsalı hərbi texnika almağa təşviq edib və bununla Avropanın ənənəvi müdafiə məsuliyyətinin daha çox Avropa ölkələrinin üzərinə keçməsinə çalışıb.

Bununla belə, belə tədarüklərin tez-tez gecikməsi Avropa paytaxtlarında narazılıq yaradır və bəzi rəsmilər getdikcə Avropa istehsalı silah sistemlərinə yönəlməyi nəzərdən keçirirlər.

ABŞ rəsmiləri isə bildirirlər ki, bu silahlar Yaxın Şərqdəki müharibə üçün lazımdır və Avropa ölkələrini ABŞ və İsrailə Hörmüz boğazını açmaqda kifayət qədər dəstək verməməkdə günahlandırırlar”, – deyə qeyd edilib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment