Ev DünyaTramp: “İranın imkanlarını 90 faiz sıradan çıxarmışıq”

Tramp: “İranın imkanlarını 90 faiz sıradan çıxarmışıq”

by Baş Redaktor
28 Baxış

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı nüvə silahından istifadənin zəruri olmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqton İranın imkanlarını artıq böyük ölçüdə sıradan çıxarıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tramp ABŞ-ın hazırda İrana qarşı yeni hücum planının olmadığını desə də, fürsət yaranacağı təqdirdə ölkəsinin maraqlarına uyğun istənilən addımı atacağını vurğulayıb.

“Politico” nəşrinə müsahibəsində nüvə silahından istifadə ehtimalı ilə bağlı suala cavab verən Tramp deyib:

banner

“Xeyr, buna ehtiyacım yoxdur. İran İslam Respublikasının imkanlarını artıq 90 faiz sıradan çıxarmışıq”.

ABŞ lideri müharibəyə qoşulmaq qərarını da “tamamilə doğru” adlandırıb və eyni vəziyyət təkrarlansa, yenidən həmin qərarı verəcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi