Ev DünyaErmənistanda 180 milyon dollarlıq qalmaqal: Sərkisyanın izi…

Ermənistanda 180 milyon dollarlıq qalmaqal: Sərkisyanın izi…

by Baş Redaktor
14 Baxış

Ermənistan İstintaq Komitəsi “Electric Networks of Armenia” (ENA) şirkətinə vurulduğu iddia edilən külli miqdarda ziyanla əlaqədar 36 nəfər barəsində cinayət təqibinə başlayıb.

Army.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Kima Avdalyan sosial şəbəkədə paylaşım edib.

Açıqlamada qeyd olunub ki, şirkətə dəydiyi bildirilən maddi zərərin ümumi həcmi 64,5 milyard dram, yəni təxminən 180 milyon dollar qiymətləndirilir.

İş üzrə saxlanılanlar arasında ENA-nın İdarə Heyətinin üzvü Vardan Makaryan da var. O, vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Administrasiyasına rəhbərlik edib. Daha sonra Armen Sərkisyanın prezidentliyi dövründə də administrasiya rəhbərinin səlahiyyətlərini icra edib.

banner

Məlumata görə, Makaryan Samvel və Narek Karapetyanlara, eləcə də onlarla əlaqəli şəxslərə məxsus ünvanlarda aparılan axtarış tədbirləri çərçivəsində saxlanılıb.

Əlaqəli Yazılar Xüsusi