Fransanın hava məkanından istifadə edən dörd təyyarədə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq qeydə alınıb.
Army.az xəbər verir ki, bu barədə Fransa Baş nazirinin ofisindən məlumat verilib.
Açıqlamaya əsasən, təhlükə barədə məlumat daxil olduqdan sonra bütün təyyarələr təhlükəsiz şəkildə yerə enib. Hazırda xüsusi bomba zərərsizləşdirmə qrupları hava gəmilərində müvafiq yoxlamalar aparır.
Bununla yanaşı, Avropada hava reyslərinə qarşı son dövrlərdə səsləndirilən bomba təhdidlərinin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
