DünyaHeqset: “Xarq adasına hücum Tehrana mesaj idi”

Heqset: “Xarq adasına hücum Tehrana mesaj idi”

by Baş Redaktor
7 Baxış

“Xarq adasına endirilən zərbələr müəyyən hərbi hədəflərə yönəlib və bu addım Tehran üçün açıq mesaj xarakteri daşıyıb”.

Army.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset deyib.

“Xarqda bəzi hərbi hədəflərimiz var idi ki, bu da bir siqnal idi. Onlar onu müdafiə edə bilmirlər və buna görə də iranlılar sonda öz mövqelərini – gələcəklərini başa düşdülər”.

O, bildirib ki, Prezident Donald Tramp açıq şəkildə Tehrana mesaj verib:

banner

“Biz hər şeyi sizdən ala bilərik. Enerji ixrac etmək qabiliyyətiniz əlinizdən alına bilər və ABŞ ordusu bu hədəfləri asanlıqla vurmaq qabiliyyətinə malikdir”.

Heqsetin sözlərinə görə, məhz bu təzyiq nəticəsində İran tərəfi razılaşmaya razı olub və atəşkəsə gedib.

You may also like