Ev DünyaPeskovdan Ermənistana KTMT xəbərdarlığı: “Müvafiq reaksiya veriləcək”

Peskovdan Ermənistana KTMT xəbərdarlığı: “Müvafiq reaksiya veriləcək”

by Baş Redaktor
78 Baxış

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətindən faktiki olaraq kənarda qalmasına münasibət bildirib.

Army.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbətində İrəvanın təşkilatın fəaliyyətində iştirak etməməsinin cavabsız qalmayacağını deyib.

Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-yə marağını itirdikləri barədə dəfələrlə açıqlama verdiyini xatırladıb. Bununla yanaşı, onun gələcəkdə hansı qərarı qəbul edəcəyinin hələ məlum olmadığını vurğulayıb:

“Paşinyanın bundan sonra hansı addımları atacağını bilmirik. Lakin Ermənistanın hazırda KTMT-nin fəaliyyətində iştirak etmədiyi açıq şəkildə görünür”.

banner

Ermənistanın təşkilatdan rəsmən ayrılmaq üçün prosedura başlamamasına toxunan Peskov KTMT-nin mövcud vəziyyətə uyğun addımlar atacağını qeyd edib.

Kremlin sözçüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üzv dövlətlərin Ermənistanı təşkilatdan çıxarmaq niyyətində olmadığı barədə açıqlamasına da münasibət bildirib.

Peskovun sözlərinə görə, təşkilatın nizamnaməsi üzv ölkələrə müəyyən mexanizmlərdən istifadə etmək imkanı verir və bu prosedurlar müvafiq dövlətlərin qərarı əsasında işə salına bilər.

Əlaqəli Yazılar Xüsusi