Ev DünyaPaşinyanın Moskvaya səfərləri artır – Dekabrda Rusiyaya üç dəfə gedəcək

Paşinyanın Moskvaya səfərləri artır – Dekabrda Rusiyaya üç dəfə gedəcək

by Baş Redaktor
80 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcək. O, dekabrın 3-də, 11-də və 22-də Rusiyada olacaq.

Army.az xəbər verir ki, Paşinyan bu səfərləri Dublində çıxışı zamanı açıqlayıb.

“Danışıqlar aparmaq üçün Rusiyaya gedəcəyəm. Ümid edirəm ki, münasibətlərimizdəki dostluq mühitini qoruyub saxlaya biləcəyik”, – deyə o bildirib.

Paşinyan, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinə toxunub. O, ölkəsinin siyasi məqsədinin “alternativ yaratmaq” olduğunu qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi