Ev Hərbi Xəbərlərİran AEBA ilə əməkdaşlığı dayandırmağa hazırlaşır?

İran AEBA ilə əməkdaşlığı dayandırmağa hazırlaşır?

by Baş Redaktor
57 Baxış

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) münasibətlərdə hazırkı vəziyyət dəyişməyənədək hər hansı irəliləyişə ümid etmir.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, ABŞ və İsrail danışıqların davam etdiyi vaxt AEBA-nın nəzarətində olan İranın nüvə obyektlərinə hücumlar həyata keçirib. Lakin diplomat iddia edib ki, agentlik rəhbərliyi, Rəhbərlər Şurası və baş direktor baş verənlərə göz yummağa üstünlük veriblər.

Bəqai eyni zamanda vurğulayıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) iştirakçısı olaraq qalır və bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirmək niyyətindədir.

banner

Əlaqəli Yazılar Xüsusi