Dünən müalicə aldığı xəstəxanada vəfat edən Milli Qəhrəman Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Army.az Teleqraf-a istinadən xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub.
O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.
1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

