Ev DünyaPaşinyan Putinlə görüşün tarixini açıqladı

Paşinyan Putinlə görüşün tarixini açıqladı

by Baş Redaktor
22 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək.

Army.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Baş nazir qeyd edib ki, Moskva səfəri və Rusiya Prezidenti ilə danışıqların keçirilməsi barədə əvvəlcədən razılıq əldə olunub.

Paşinyan dekabr ayında Rusiyaya daha iki səfərinin də nəzərdə tutulduğunu açıqlayıb. Belə ki, o, dekabrın 11-12-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

banner

Bundan əlavə, Ermənistan hökumətinin başçısı ayın sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərinə qatılmaq üçün yenidən Rusiyaya gedəcək.

Əlaqəli Yazılar Xüsusi