Ev DünyaKöçaryandan hakimə kinayəli cavab: “Yaşasın ən humanist məhkəməmiz!”

Köçaryandan hakimə kinayəli cavab: “Yaşasın ən humanist məhkəməmiz!”

by Baş Redaktor
16 Baxış

Ermənistanın sabiq prezidenti Robert Köçaryan “1 mart işi” üzrə məhkəmə prosesi zamanı sovet kinosunun məşhur komediyası “Qafqaz əsiri”ndən sitat gətirib.

Army.az xəbər verir ki, Köçaryan bu sözləri hakim Sarkis Petrosyanın onun vəkili Aram Orbelyanın yarım saat ərzində məhkəmə zalına qayıtmayacağı təqdirdə prosesdən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlığına cavab olaraq səsləndirib.

Belə ki, müdafiəçi başqa bir təcili məhkəmə prosesində iştirak etməli olduğunu əsas gətirərək iclasın təxirə salınmasını istəyib. Bundan sonra hakim 30 dəqiqəlik fasilə elan edib və vəkilin həmin müddətdə geri qayıtmasını tələb edib.

Hakimin xəbərdarlığına Köçaryan kinonun məşhur ifadəsi ilə reaksiya verib:

banner

“Yaşasın bizim məhkəməmiz, dünyanın ən humanist məhkəməsi!”

Qeyd edək ki, bu məşhur replikaya Leonid Qaydayın 1966-cı ildə çəkdiyi “Qafqaz əsiri” filmində Georgi Vitsin tərəfindən canlandırılan Qorxaq (Trus) obrazı səsləndirib.

Əlaqəli Yazılar Xüsusi