Ev DünyaTürkiyədə 13 vilayətdə kriminal dəstəyə qarşı əməliyyat: 101 nəfər saxlanıldı

Türkiyədə 13 vilayətdə kriminal dəstəyə qarşı əməliyyat: 101 nəfər saxlanıldı

by Baş Redaktor
14 Baxış

Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 101 nəfər saxlanılıb.

Army.az xəbər verir ki, “Bayğaralar” adlı mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat ölkənin 13 vilayətində, ümumilikdə 135 ünvanda həyata keçirilib.

İstintaq çərçivəsində 138 nəfər şübhəli şəxs qismində müəyyən edilib. Onların arasında 12 yetkinlik yaşına çatmayan şəxsin də olduğu bildirilir. Hazırda daha 37 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan şəxslərdən 23-nün ölkə xaricində gizləndiyi ehtimal olunur.

İstintaq materiallarına əsasən, qruplaşma üzvləri sahibkarlardan silah gücünə pul tələb edib, tələbləri yerinə yetirilmədikdə isə onların kommersiya obyektlərinə hücumlar təşkil ediblər.

banner

Dəstə üzvlərinə qəsdən adam öldürmə, sağlamlığa zərər vurma, silahlı soyğunçuluq, hədə-qorxu gəlmə və qanunsuz azadlıqdan məhrumetmə kimi cinayət əməlləri də aid edilir.

Araşdırmalar zamanı qruplaşmanın xaricdə olan rəhbərlərinin göstərişləri əsasında fəaliyyət göstərdiyi müəyyən edilib.

Əlaqəli Yazılar Xüsusi