Ev DünyaPaşinyan TRIPP layihəsinin başlanacağı tarixi açıqladı

Paşinyan TRIPP layihəsinin başlanacağı tarixi açıqladı

by Baş Redaktor
66 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin rəsmi fəaliyyətə başlaması ilə bağlı qərarın sabah açıqlanacağını bəyan edib.

Army.az xəbər verir ki, hökumət başçısı enerji sahəsində transformasiyanın Ermənistan üçün prioritet strateji istiqamətlərdən biri olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, layihə çərçivəsində energetika infrastrukturu və elektrik enerjisinin tranziti xüsusi əhəmiyyət kəsb edəcək.

Xatırladaq ki, Ermənistan elektrik enerjisi şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə əlaqələndirməyi nəzərdə tutur. Hazırda ölkənin İran və Gürcüstanla elektrik şəbəkələri üzərindən bağlantısı mövcuddur. Eyni zamanda, elektrik enerjisinin ötürülməsi imkanlarının və səmərəliliyinin artırılması istiqamətində investisiyalar həyata keçirilir

banner

Əlaqəli Yazılar Xüsusi